“Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi

Ümumi məlumat

SİZİN UĞURUNUZ, BİZİM NÖVBƏTİ UĞURUMUZDUR!

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi

HAQQINDA

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi  2014-cü il, martın 2-də Bakının  Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır.

İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanınmışdır.

Mərkəz inkişaf edərək 2015-ci ilin mart ayında paytaxtın Yasamal rayonu ərazisində uşaq və yeniyetmələrlə bərabər yetkin insanlara xidmət göstərən ikinci mərkəz işə başladı.

2016-cı ilin aprelində Gəncə şəhəri və Gəncə yaxınlığındakı 7 rayonun əhalisinə kompleks psixoloji, psixopedaqoji, loqoped xidmət göstərən daha bir filial istifadəyə verildi.

2016-cı ilin sentyabr ayında Bakının Nərimanov rayonu ərazisində daha geniş miqyasda xidmət göstərmək imkanlarına malik Gənclik filialı fəaliyyətə başladı.

2016-cı ilin dekabrında Cənub bölgəsi əhalisinə peşəkar xidmət göstərən Lənkəran filialı açıldı.

2017-ci ilin aprelində Xaçmaz rayonu və yaxın ətrafdakı 4 rayonun əhalisinə kompleks xidmət göstərən Xaçmaz filialı fəaliyyətə başladı.

2018-ci ilin yanvar ayında Bərdə rayonunda yeni filial öz fəaliyyətinə başladı.

2018-ci ilin yanvar ayında Bakı şəhəri,  Binəqədi rayonunda baş ofisi və filialı fəaliyyətə başladı.

Bütün filiallarda icraçı direktorlar, baş uşaq psixoloqları və koordinatorlar çalışırlar.

Mərkəzin  əsasında 2016-cı ilin yanvar ayında Ədliyyə Nazirliyinin rəsmi qeydiyyatından keçən Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi (QHT) ilk fəaliyyətə başlayıbdır.

“Loqos”da və “Psixoloji Xidmət və Tədqiqatlar “ İctimai Birliyində (PXTİB) ali təhsilli, təcrübəli peşəkar psixoloqlar, psixopedaqoq, loqoped və psixoterapevtlər komandası çalışır.

Mərkəzimiz böyük bir ailəyə çevrilərək, özündə tanınmış  peşəkar ekspertləri və gənc mütəxəssisləri birləşdirir.

BİZİM MƏQSƏD VƏ FƏALİYYƏTİMİZ :

İlk mərhələdə məqsəd paytaxtda yaşayan, psixoloji və laqopedik dəstəyə ehtiyacı olan uşaqlara xidmətdən ibarət olmuşdur. Sonradan yeniyetmələrlə bərabər yetkin insanlarada xidmət göstərməyə başlanıldı.  İlk mərhələdə fəaliyyətə yalnız Bakı şəhərinin bir rayonunda nitq qüsuru və psixoloji problemi olan uşaqlara xidmətlə başlayan “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi hazırda respublikada üç istiqamətdə  – psixoloji, psixopedaqoji, loqopedik sahələrdə yüksək səviyyəli kompleks iş aparır.

İndi “Loqos”-un kontiningenti sadəcə uşaqlar deyil. Vətəndaş cəmiyyətinin inkişafına, ölkədə insanların psixoloji sağlamlığına dəstək verən Mərkəzin xidmət obyekti yaş məhdudiyyəti olmadan bütün insanlardır.

Filialların hər biri insanların rahat gəlib gedə biləcəkləri məkanlarda yerləşir.

İstər paytaxt da, istərsə də bölgələrdə filialar 2-3-4 mərtəbəli, təmirli, hər cür avadanlıqla təchiz olunan müasir tipli binalarda fəaliyyət göstərir. Foyelərdə qəbula gələnlərin rahatlığı üçün yüksək şərait var. Qəbul şöbəsində çalışan xanımlar müraciət edən hər kəsə xüsusi həssaslıqla yanaşır, sorğuları cavablandırır, onları uyğun istiqamətə yönləndirirlər.

Mərkəzin bütün filiallarında müalicəvi idman və masaj otaqları var. Burada da peşəkarlar çalışır.

Mərkəz kadrların seçilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini daim diqqətdə saxlayır.

BİZİM LAYİHƏLƏR və TƏDBİRLƏR:

Geniş masştablı və kompleks xidmət yolunu seçən “Loqos”-un əsas prioritetlərindən biri dövlətin psixoloji maarifləndirmə proqramlarında yaxından iştirak etmək və bu istiqamətdə daha çox faydalı olmaqdır. Bu məqsədlə davamlı olaraq müxtəlif psixoloji mövzularda kurslar, seminarlar, konfranslar, layihələr həyata keçirilir. Maarifləndirmə proqramlarında cəmiyyətin özəyi olan ailə- qadın və uşaqlara daha çox yer ayırılır. Cəmiyyətə adaptasiyada, ünsiyyət qurmaqda çətinlik çəkən, özgüvən əksikliyi yaşayan qadınlar üçün davamlı olaraq hər il keçirilən “Müasir Azərbaycan qadını” layihəsi bu sıradandır. Bu layihədə iştirak etmək istəyən qadınların sayı ildən ilə çoxalır.

Nitq qüsurlu və digər problemli uşaqların (autizm, daun) cəmiyyətə adaptasiyası istiqamətində məqsədyönlü iş aparılır. Belə uşaqlar üçün xüsusi məşğələlər və məktəbə hazırlıq kursları təşkil edilir. Demək olar ki, əksər filiallarda daimi məktəbəqədər hazırlıq kursları var.

“Ailədən başlanan gələcək”, “Mənim ilk uğurum”, “Mənim ilk təcrübə məktəbim”, “Psixologiya Akademiyası: Uşaq”, “Salam Ana” kimi uğurlu layihələr hər il daha çox insanı özünə cəlb edir.

Nümunəvi xidməti və peşəkar fəaliyyəti ilə nüfuz qazanan “Loqos” respublikada bir növ təcrübə bazası rolunu oynayır. Ölkənin bir çox ali məktəbləri psixoloji təhsil alan tələbələrini təcrübə toplamaq üçün bu Mərkəzə göndərir.

“Loqos” öz mütəxəssislərinin peşəkarlıq səviyyələrini artırması məsələsini daim diqqətdə saxlamaqla bərabər, tələbələr, gənc psixoloqlar, məktəb psixoloqları üçün kurslar təşkil edir.

Maarifçilik ənənələrinə sadiq qalan “Loqos” xeyriyyəçilik missiyasını da unutmur. Mərkəzin bütün filiallarında davamlı olaraq  maddi imkanı məhdud ailələrin uşaqları üçün ödənişsiz diaqnostikalar təşkil edilir, bölgələrdə yaş məhdudiyyəti qoyulmadan psixoloji dəstəyə ehtiyacı olanlar üçün ödənişsiz aksiyalar keçirilir. Şəmkir, Qazax, Tovuz, Akstafa, Şəki, Qəbələ, Xaçmaz, Lənkəran, Zərdab,  Bərdə, Ağdam, Neftçala və digər rayonlarda təşkil olunan ödənişsiz konsultasiyalardan yüzlərlə insan faydalanıb. Məktəb psixoloqları, səhiyyə və təhsil işçiləri üçün  aktual psixoloji mövzularda  seminar və konfranslar keçirilib.

BİZİM PROQRAMLAR və KURSLAR:

Mərkəzdə dəvamlı fəaliyyət göstərən kurs, proqram, məşğələ və təlimlər vardır. Bunlar “Müasir Azərbaycan Qadını 3”, “Şəxsiyyət tipləri və insan tanıma bacarıqları”, “Uğurlu həyatın açarı”(təlim), “Qrup terapiyası” 9-14 yaş arası, “Layihələrin yazılması və idarə edilməsi”, “Mənim uşağım” (qrup terapiyası), “Kadr Hazırlığı” (kurs), İKT, Dil kursları.

BİZİM TƏRƏFDAŞLARIMIZ :

“Loqos” un əsas uğurlarından biri də ölkənin təhsil və səhiyyə təşkilatları ilə əməkdaşlıq əlaqələrini düzgün quraraq genişləndirməsidir.

“Loqos” beynəlxalq əməkdaşlığa böyük önəm verir və bu istiqamətdə ardıcıl iş aparır. Mərkəzə psixologiya sahəsində zəngin tarixə malik olan Türkiyə Cümhuriyyətindən və Rusiya Federasiyasından dünyada tanınan peşəkar mütəxəssislər dəvət olunur və ən aktual psixoloji mövzularda verilən təlimlərdən təkcə “Loqos”un əməkdaşları deyil, respublikanın xəstəxanalarında çalışan həkimlər, universitet və orta məktəb müəllimləri, psixoloqlar faydalanırlar.

“Loqos” artıq beynəlxalq aləmdə tanınmağa başlayır. Qısa vaxt ərzində görülən işlər, əldə olunan nəticələr xarici mütəxəssisləri heyrətləndirir.

Mərkəz Dünya Pozitiv Psixoterapiya Assosiasiyası, Beynəlxalq Fundamental Təhsil Universiteti, V. M. Bexterev adına Sankt-Peterburq Psixonevroloji Elmi-Tədqiqat İnstitutu, Sankt-Peterburq Perinatal Psixologiya və Resurs Psixoterapiyası İnstitutu, Beynəlxalq Ailə Akademiyası, Moskva Təhsil İşçilərinin təkmilləşdirilməsi və Yenidən Hazırlanması Akademiyası, Lomonosov adına MQU-nun “Nasionalnıy psixologiçeskiy jurnal”ı redaksiyası, Moskvada nəşr olunan “Şkolnıy psixoloq” qəzeti redaksiyası ilə əməkdaşlıq edir.

“LOQOS” mətbuat güzgüsündə:

Azərbaycanda fəaliyyət göstərən ən nüfuzlu mətbuat orqanlarında: “Azərbaycan”,“Xalq qəzeti”, “525-ci qəzet”, “Ədalət”, “Psixologiya” qəzetlərində, “AZTV, İTV, LİDER TV, XƏZƏR TV, ATV kanallarında, internet portallarında, saytlarda onlarla informasiya, məqalə və müsahibələr dərc olunmuş, süjetlər göstərilmişdir.