ELAN
13 sen 2018, 01:56
Tərəfdaş mütəxəssislər
Saytımızın yeni dizaynı necədir?

LOQOS JURNALI
Artıq 3 ildir ki, biz “Loqos”-a gəlib gedirik. Bu üç ayda oğlum Nicat düzgün tələffüz etməyi, davranış qaydalarını çox gözəl öyrənib. Bu nəticəni doğrusu gözləmirdim. Bunun üçün də Günay xanım başda olmaqla bütün kollektivə öz təşəkkürümü bildirirəm. Ən əsası psixoloq Mehriban müəlliməyə, loqoped Sevinc müəlliməyə, psixo-pedaqoq Aytən müəlliməyə, idman müəllimi Rahin müəllimə öz dərin təşəkkürümü bildirirəəm. Çox sağol Loqos kollektiviv İlahə Cəfərova

Loqos PNİM Bərdə filialı - İlahə Cəfərova

27-12-2018
Mən Baxışlı Züleyxanın anasıyam “Loqos” rəhbərliyinə nə qədər təşəkkür etsəm azdır. Biz “Loqos”a gələndə Züleyxa 6 yaşında idi amma davranışı 3-4 yaş uşaq kimi idi. Tam 8 aydan sonra Züleyxa yaşıdları kimi davranmağa başladı. Buna görə psixoloqunuz İsmayılova Elnurə xanıma və Əsgərova Sevinc xanıma çox minnətdarıq. Dərsləri çox səbrlə Züleyxaya başa salırdılar. İndi nitqində zəiflik var deyə loqoped dərslərinə davam edir. İnşallah bu dərslərimizidə müvəffəqiyyətlə başa çatdırarıq. Bütün kollektivinizə mehriban münasibətə görə təşəkkür edirəm.

Baxışova Südabə Baxışlı Züleyxanın anası

25-09-2018
Mən İbrahimova Səmayə İbrahimova Elnazın anası. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin kollektivindən çox razı qaldım. Qızım Elnaz onların sayəsində çox irəlilədi. Mən çox sevinirəm ki, bizdə bu cür mərkəz var və daha çox istərdim ki, NMR-da da bu məzkəzdən açılsın. Yenə elə Nərimanov filialında olan kollektivə başda Tərlan xanım və Mehriban xanima təşəkkür edirəm. Uğurlarınız daim olsun. İnşallah növbəti ilə dəvam edəcəyik.

İbrahimova Səmayə İbrahimova Elnazın anası

24-08-2018
“Loqos” ailəsinə öz dərin təşəkkürümü bildirimək istəyirik. Belə ki, Mərkəz uşaqların çatışmayan tərəflərini düzəltməyə çox köməklik edir. Hüseyndə nitq zəifliyi var idi. Həm də, davranışında çatışmamazlıq var idi. Az müddət gəldiyimizə baxmayaraq Hüseyndə xeyli irəliləyiş əldə olunmuşdur. Buna görə “Loqos”a dərin təşəkkürümüzü bildiririk. Bizdən aslı olmayan səbəbdən hələlik gedirik inşallah yenidən sizinlə bir yerdə müalicəyə başlayacağıq Kollektivin hər bir üzvünə dərin təşəkkür edirik. Sizin üzünüzdəki təbəssümdən hamıya pay düşür. Allah sizləri qorusun.

Heydərov Hüseynin valideyni Allahverdiyeva Mülki

24-08-2018
Mən çox razı qaldım mərkəzdən. Bütün heyyət çox gülər üz və qayğıkeşdilər. Burada insan nəyin ki, evladı hətta özüdə ruhən çox rahat olur. Mənim evladıma Taciyyə Mehdisoy baxdı və onunla məşğul oldu bu mütəxəssis mən deyərdim ki, həm bir profesional psixoloq, həm də çox mehriban və insani hər cəhətdə dinləyib başa düşən bir xanımdır. Mən imkan olan kimi, məhz bu mütəxəssislə müalicəni dəvam etdirmək istərdim. Bütün məzkəzdə ki, mütəxəssislərə dərin minnətdarlığımı bildirirəm. Allah sizdən razı olsun

Babayev Əlinin valideyni, Babayev Aynur

24-08-2018
Mən Cəbrayılova Gülnarə, Cəbrayıllı Gülərin valideyni enkoprezlə bağlı “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinə müraciət etmişdim, Ülviyyə xanim və Anjela xanım sayəsində qızım Gülər artıq bu problemdən xilas olmuşdur. 3 ay terapiya bitdikdən sonra Gülər ümumi inkişaf ləngiməsinə görə Ülkər xanıma müraciət etdim və uğurla nəticələndi. Bunlardan əlavə ailəmdə münasibətlərimdə problemlər var idi, bununla bağlı ailə psixoloqu Mətanət xanıma müraciət etdim və 10 seansdan sonra ailə münasibətlərimdə irəliləyiş oldu. Mən bütün “Loqos” kollektivinə təşəkkürümü və minnətdarlığımı bildirirəm, başda Aişə xanım, Anjela xanım, Ülviyyə xanım, Ülkər xanım və Mətanət xanıma dərin minnətdaram, çox razıyam. Hər birinə işlərində uğurlar və möhkəm can sağlığı arzulayıram. Xacmaz filialı

Cəbrayılova Gülnarə, Cəbrayıllı Gülərin valideyni

24-08-2018
Mən bir valideyn kimi, sizə həyat boyu minnətdaram. Hər birinizə doyunca çox sağ ol deyirəm. Xüsusən Sevinc xanıma təşəkkürlər. Bərdə filialı

Əsədov Nihadın valideyni

16-08-2018
Я мама Ибрагимли Ибрагима. Хочу выразить большую благодарность коллективу Логоса (филиал хаглар), очень довольна их работой и отношениям к детям. Мой сын пришел в Логос с проблемой Мутизм, он не общался с людьми . За 3 месяца он полностью исправился, ходит в садик, играет с детьми, стал активным мальчиком. А самое главное он очень полюбил коллектив Логоса в особенности своего психолога Алия ханум . Ей особенное огромное спасибо.

Мама Ибрагимли Ибрагима

14-08-2018
Mən Nəzərli Elgünün valideyni olaraq “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzə təşəkkürümü bildirirəm. Elgün mərkəzə gələndə danışığında tələsmə və fikrini çatdırmaqda çətinlik çəkirdi. Uğurlu bir loqoped seansından sonra Elgün nitqini daha aydın çatdırır. Buna görə Rəsulov Nurlan müəllimə sonsuz təşəkkür edirəm. Hər zaman işində və həyatında uğurları bol və daim olsun. Çox sağ olun ki, siniz kimi peşakar biri ilə həmsöhbət olduq. İnşallah ki, mənim kimi bütün valideynlərdə buradan belə sevinclə ayrılsın! Çox sağ olun “Loqos”!

Nəzərli Elgünün valideyni

10-08-2018
Mən Mizrəyeva Səidə Mirzəli Seymurun valideyniyəm. Loqoped Hüseynova Hicran xanımın yanına oğlumu gətirən gündən belə fərqi hiss etmişəm. 4 il bundan əvvəldə Hicran xanımla işləmişik. O vaxtda, indidə Hicran xanımdan çox razıyam. Bir həkim kimi öz işinə məsuliyyətli yanaşır. Var olsun. İnsan kimidə təmiz ürəkli insandır. İşlərində uğurlar arzulayıram. Oğlumun “r” səsi problemini artıq 3-cü dərsdən aradan qaldırdı. Təşəkkür edirəm.

Mizrəyeva Səidə Mirzəli Seymurun valideyni

9-08-2018