İkram Rüstəmov

Tərəfdaş mütəxəssislər

İkram Rüstəmov

Psixiatr

İkram Rüstəmov uşaq psixiatriyası ixtisası üzrə İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində oxuyub. Daha sonra psixiatriya və uşaq nevrologiyası üzrə rezidentura təhsili alıb. 2004-cü ildə Cərrahpaşa Tibb Fakültəsində həkim-psixiatr kimi çalışıb, daha sonra İstanbulda özəl həkimlik fəaliyyəti ilə məşğul olub. 2010-2011-ci illərdə Mərkəzi Klinik Xəstəxanada, 2012-ci ildən isə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında çalışır.

İ.Rüstəmov Harvard Universiteti Boston Uşaq Xəstəxanasının inkişaf xəstəlikləri departamentinin elmi işçisidir. 10-a yaxın elmi işin müəllifidir.