Təranə Məmmədova</i>

Təranə Məmmədova

 

 

1981-ci ilin iyul ayında Bakı şəhərində anadan olmuşdur.

1998 – 2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsində bakalavr təhsili almışdır.

2002 – 2004-cü illərdə həmin universitetdə magistr təhsilini tamamlamışdır.

Psixologiya sahəsinə olan xüsusi marağı psixoloq ixtisasına yiyələnmək arzusunu reallaşdırmış, 2014-cü ildə M.E.Jukov adına Xarkov Milli Aerokosmik Universitetinin psixologiya fakültəsinə daxil olmuşdur.

Türkiyə, Rusiya və digər ölkələrdə psixologiya üzrə kursların iştirakçısı olmuş, sertifikatlar almışdır.

Beynəlxalq Ailə Akademiyasının, Avropa Psixoloqlar Liqasının, Dünya Pozitiv Psixoterapiya Assosiasiyasının üzvüdür.

Ailəlidir. Üç övlad anasıdır.